Məşhur müğənni Teoman 14 mayda kimə səs verəcəyini açıqlayıb.
Mia.az xəbər verir ki, o, "Instagram" hesabından paylaşdığı yazıda Kamal Kılıçdaroğluna və Millət İttifaqına səs verəcəyini bəyan edib.
Müğənni digər paylaşımında isə xalqı səsverməyə çağırıb: “Teoman təhsil sistemində güclü dəyişikliklər edəcək Atatürkçü, çağdaş, ədalətə həssas, dünyəvi Türkiyəni müdafiə edən mütərəqqi namizədə səs verəcək, .
Teoman hamınızı səs verməyə dəvət edir. Bu, sizin ölkənizdir və siz burada yaşayacaqsınız. Bunu yaşadığın ölkəyə borclusan. Siz də səs verin”.
Ləman
MİA.AZ