Məşhur türkiyəli müğənni Kibariye 2 metr hündürlükdəki səhnədən yıxılıb.
Mia.az Show TV-yə istinadla xəbər verir ki, Mersində konsertdə mahnı oxuyarkən fanatlardan biri səhnəyə çxıaraq müğənniyə doğru qaçıb.
Bu zaman ona müdaxilə etmək istəyən mühafizəçinin zərbəsi müğənniyə dəyib və o, 2 metr hündürlükdəki səhnədən aşağıya yıxılıb.
Məlumata görə, ağır xəsarət alan müğənni təcili xəstəxanaya qaldırılıb, vəziyyətinin yaxşı olmadığı deyilir.
Səhiyyə naziri Fahrəddən Koca Tviter-də yazıb ki, müğənninin huşu özündədir: "Sənətçimiz Kibariye səhnədə baş verən xoşagəlməz hadisə nəticəsində yaralanıb. Onun müalicəsi Mersin Şəhər Xəstəxanasında davam edir. Şüuru yerindədir. Bir müddət müşahidə altında saxlanılaraq...”.
Ləman
MİA.AZ