Milli Dirçəliş Hərəkatı Partiyası Türkiyədə kömür mədənində baş verən faciə iə əlaqədar başsağlığı verdi.
Partiyadan Mia.az-a daxil olan başsağlığında deyilir:
"Qardaş Türkiyənin Manisa vilayətinin Soma şəhəri yaxınlığındakı kömür mədənində
baş verən faciə nəticəsində çoxsaylı insan təlafatı və xəsarət alması bizi
olduqca sarsıtdı. Soydaşlarımızın üzləşdiyi bu qəza bizim üçün öz faciəmiz və
qardaş itgisidir. Milli Dirçəliş Hərəkatı
Partiyası bu qəzada həlak olanların ailə üzvlərinə doğmalarına və yaxınlarına dərin hüznlə
başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır”.
Partiya
Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, MDHP sədri, millət vəkili
Fərəc Quliyev də faciə ilə bağlı Türkiyə Cümhuriyyətinin ölkəmizdəki Səfirliyində
olub, şəxsi və partiyanın adından başsağlığını çatdırıb.