Sözçü TV-nn məşhur aparıcısı Fatih Portukalın müğənni Sədar Ortacı aşağılayan sözünə cavab gecikməyib.

Mia.az xəbər verir ki, bir neçə gün əvvəl tədbirlərin birində Xəzinə və maliyyə naziri Nurəddin Nebati müğənni Serdar Ortaçdan “Kara Bibərim” mahnısını oxumasını istəyib. Sərdar Ortaç da “Nazir Nebati Baba üçün oxuyuram” deyərək mahnını oxuyub.

Bu səhnəni görən məşhur aparıcı Fatih Portakal nazirin mailyyə siyasətindəki rolunu tənqid atəşinə tutmaqla yanaşı, Serdar Ortaç aşağılayan ifadə işlədib: "Sən (nazirin nəzərdə tutur - Mia.az) Sərdar Ortaç kimi onurğasız bir insanla səhnəyə çıxırsan. Mən ona sənətçi demirəm, mən ona onurğasız adam deyirəm...".

Məşhur müğənni isə "İnstagram"dakə səifəsində barəsində ağır ifadə işədən aparıcıya belə cavab verib: "Linç mədəniyyətinə Fatih Portakalın da uyum sağlaması kədərlidir. Bəyənmədiyimiz, dinləmədiyimiz hər kəsə belə deyə bilməzsiniz, belə bir haqqımız yoxdur. İnsan olaraq da, vətəndaş olaraq da belə bir haqqınız yoxdur. Çox ayıb".

Ləman

MİA.AZ