İllərdir hicabla dolaşan, hətta bir ara səhnə ilə vidalaşdığını bəyan edən məşhur müğənni Fərdi Tayfurun qızı Tuğçe Tayfur başıaçıq görüntülərini yayıb.

Mia.az xəbər verir ki, hicabsız görüntülərini sosial şəbəkə hesabında paylaşan Tuğçenın yeni fotoları qısa zamanda gündəm olub.

Dindar təbəqə Tayfurun qızını başıaçıq fotolarına görə "topa tutub", onu İslama xəyanətdə ittiham ediblər.

Tuğçe Tayfur isə tənqid və təhqirlərə belə cavab verib: "İnsanları yanlış yönləndirməyin. Mən heç vaxt hicablı qalacağımıı demədim, məncə, hicab da islam və ona inanc deyil".

Ləman

MİA.AZ