Bu gün Ümummilli Iideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Şirvan Şəhər Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhid ailələri və orta məktəb şagirdlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Öncə Ulu öndər Heydər Əliyevin uşaqlara qayğısından bəhs edən videoçarx nümayiş etdirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Ilqar Abbasov çıxış edərək, bu tarixi gün münasibətilə tədbir iştirakçılarını, uşaqları təbrik edib. Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək, hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız Ulu öndərin daim uşaqlara böyük qayğı və diqqət göstərdiyini, onların ən böyük himayədarı olduğunu qeyd edib.

Tədbir Şirvan Şəhər Mədəniyyət Mərkəzinin solistlərinin və rəqs qrupunun ifasında   konsert proqramı ilə davam edib.

Sonda Salyan Dövlət Kukla Teatrı tərəfindən uşaqlar üçün tamaşa nümayiş olunub.

MİA.AZ