Beynəlxalq
Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəllidən də QHT Şurasının sədri,
deputat Azay Quliyevə dəstək gəlib. Samir bəy Azay Quliyevə qarşı yönəlik
kampaniyanı şiddətlə qınadığını deyib.
Mia.az
sədr müavininin açıqlamasını olduğu kimi təqdim edir:
"Təəssüflər
olsun ki, ayrı-ayrı vaxtlarda mətbuatımızda ölkəmizin dəyərli ziyalılarına,
hakimiyyət nümayəndələrinə, ictimai-siyasi xadimlərinə qarşı şantaj və
qarayaxma yazılar yazılmaqdadır. Jurnalistikamıza və milli mətbuatımızın üz
qarası olan bu cür dırnaqarası jurnalistlərin əməllərini şiddətlə qınayıram.
Hələ 90-cı illərin əvvəllərindən, gənclər hərəkatı dövründən Azay Quliyevi
tanımış və onun ictimai-siyasi fəaliyyətini yaxından izləmişəm. Deyə bilərəm
ki, o, həm insani keyfiyyətləri baxımından, həm milli vətənpərvərliyinə görə,
həm də dövlətçilik və iş təcrübəsi baxımından dövrümüzün gəncləri içərisində
formalaşmış ən qiymətli ziyalılarımızdan biridir. Səmimiyyətimlə bildirim ki,
20 ilə yaxın tanıdığım Azay Quliyev atdığı bütün addımlarda Azərbaycanın milli
dövlətçilik maraqlarını üstün tutmuş, şəxsi bacarıq və qabiliyyəti ilə
rəhbərlik etdiyi sahədə ciddi uğurlara imza atmışdır. Bu gün onu nüfuzdan
salmaq istəyən vicdanını itirmiş şəxslər bilməlidir ki, belə böhtanlarla ancaq
özlərini ifşa etmiş olurlar. Azərbaycan ictimaiyyətini, media qurumlarını qısa
bir zamanda belələrinin əməllərinə həm hüquqi, həm mənəv qiyməti verməyə
çağırıram. Azay Quliyev haqqında yazılan böhtanlara münasibətimi və etirazımı
özümə borc bildim. Sizləri də hər birimizin öz vicdanı qarşısında bu cür
haqsızlıqlara səssiz qalmamağa çağırıram".