Məşhur aktyor "Ailə" serialının bölümlərinə çəkilmək üçün qonorarını bəribaşdan alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Ailə" serialı ilə ekranlara qayıdan Kıvanç Tatlıtuğ serialın 13 bölümü üçün 20 milyon TL məbləğindəki qonorarını əvvəlcədən tələb edib.

Məlumata görə, aktyorun bu tələbi digər rol alan sənətçilər arasında narazılıq yaradıb.

Məsələ ilə bağı açıqlama verən serialın digər baş rol ifaçısı, aktrisa Serenay Sarıkaya partnyoru Tatlıtuğla bağlı yayılan xəbəri təkzib edib: "Bu, çox çirkin söhbətlərdir. Onsuz da sektorda belə bir qayda yoxdur".

Xatırladaq ki, "Ailə" serialı Show TV ekranlarında yayımlanır.

Ləman

MİA.AZ