Tarixdən bəllidir ki, İtaliyanın Pompey şəhərində püskürən Vezuvi vulkanı cəmi 15 dəqiqə içində bütün şəhəri xəritədən silib.
Mia.az-ın məlumatına görə, tarixçilərin araşdırmasına əsasən, partlayış o qədər gözlənilməz olub ki, insanlar məinki qaça bilib, əksinə, böyük çoxluq elə yerindəcə lavanın qurbanı olublar.
Bu gün muzeydə Pompey sakinlərinin yerində daşlaşmış onlarla cəsədləri sərgilənir.
Muzeyin məlumatlaırnda bölümündə hadisə barədə qısaca belə yazılıb: "Bizim eranın 79-cu ilində Vezuvi dağının 10 kilometr yaxınlığında yerləşən bu şəhərin əhalisi adi günlər keçirirdi. Bazar həmişəki kmi qurulmuşdu, qadınlar təmizlik işləri aparır, uşaqlar isə oynayırdılar. Təbii ki, baş verəcək fəlakəti heç kim gözləmirdi. 800 ildir fəaliyyətsiz qalan Vezuvi vulkanı haqqında deyilənlər camaat üçün sadəcə bir söz-söhbət idi, ona görə də heç kim vulkana əhəmiyyət verirdi. Lakin gözlənilməz hadisə baş verdi və Vezuvi vulkanı püskürdü. Şəhər əhalisi cəmi 15 dəqiqəyə lava parçaları altında yox oldu.
İnsanlar partlayışa o qədər hazırlıqsız yaxalanıblar ki, qaçmağa çalışan insanların qorxu və həyəcanı bu gün açıq muzeydə saxlanılan daşlaşmış heykəllərində belə aydın hiss olunur".
İddiaya görə, vulkan partlayışında həyatını itirən 2000 nəfərin əksəriyyəti "piroklastik axın" səbəbindən nəfəs darlığından dünyasını dəyişib.
Lamiyə
MİA.AZ