Aprelin 29-da ölən və bu günədək meyiti morqda sahibsiz qalmış mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov, nəhayət, bu gün dəfn olunub.
Mia.az xəbər verr ki, o, bu gün Yasamal qəbiristanlığında anası Ofeliya Aslanın yanında dəfn edilib.
Məlumata görə, onun dəfnini Mədəniyyət Nazirliyi ilə Akademik Milli Dram Teatrının rəhbərliyi həyata keçirib.
Allah rəhmət eləsin!
***
Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub.
Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibb xidmətlər göstərilib.
Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib.
Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.
Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.
***
Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.
Mia.az xəbər verir ki, onun nəşi Sabunçu Tibb Mərkəzinin morqundadır və 5 gündür ki, Ç.Aslanovun cənazəsini təhvil alan yoxdur(Qqafqazinfo.
Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.
MİA.AZ