Avstraliyalı “Kainat gözəli”nin finalçısı 23 yaşında həyatla vidalaşıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Avstraliyanın Sidney şəhərində yaşayan model Sienna Veir bu ilin əvvəlində keçirdiyi qəzadan sonra komaya düşüb.
Məlumata görə, o, 5 aya yaxın reanimasiyada aparata bağlanaraq, "yaşayıb": "Həkimlər onun həyata dönüşünün mümkünsüz olduğunu deyəndən sonra ailəsi sünü nfəs aparatından ayrılmasına qərar veriblər".
Xatırladaq ki, Sienna 2022-ci ildə "Miss Universe Australia"ya seçilən 27 finalçıdan biri olub.
Onun ölümü ölkə sənətçilərinin çoxsaylı kədərli paylaşımlaırna səbəb olub.
Ləman
MİA.AZ