Haberler.com-un “Haber” bəhanə proqramının qonağı olan müğənni və aktrisa Selen Görgüzel naraqlı etiraflar edib.

Mia.az xəbər verir ki, o, verilişdə vaxtı ilə atası yaşında olan kişilərin ona əxlaqsız təkliflər etdiyini deyib.

Aktrisa bildirib ki, bu sahəyə yeni-yeni addım atanda, atası yaşında olanlar ona "Bax qızım, təkbaşına heç nə edə bilməzsən, mütləq kiminsə yatağından keçməlisən. Yoxsa qapıların bağlı qalacaq", - deyə, əxlaqsız təkliflər ediblər.

Hətta elələri olub ki, onu zorlamaq istəyib: "Atam yaşındakı kişilərin bu cür təklif və hərəkətlərindən mən utanrdım, ancaq onlar da belə hiss yox idi. Kimsə deyə bilməz ki, mən belə əxlaqsızlara papuc buraxdım. Allaha şükür olsun ki, elə bir şey olmadı. İstəmədiyim bir çox insan məni zorlamaq istədi, əl atdı-filan. Amma hamısı yerində bədəlini ödədi. Heç bir şey kimsənin yanına qalmadı. Anında şillə ataraq ödətdim, sonra da hüquqi yolllara əl atdım".

Aktrisa deyib ki, bi serial çəkilişində ona təcavüz etmək istəyiblər: "O hadisə o vaxt mətbuata da sızmışdı. Qızım o zaman çox balaca olduğu üçün onu anama əmanət edərək çəkilişə getmişdim. Evdəki bütün dolanışığı mən təmin edirdim və ona görə rejissorun məni "sıxışdırması"na çox səbr göstərdim. Nəhayət, məhkəməyə belə üz tutdum və qalib gəldim. Bu proses uzun sürdüyü üçün kanal serialı durdurdu. Mənim də adım problemli adam kimi çıxdı, xeytli müddət çəkilişlərə dəvət almadım buna görə. Haqqımı müdafiəmə reklam donu geyindirmək istəyənlər belə oldu. Ancaq məni problemli sayanlar sonradan elə həmin şərəfsiz rejissorla ciddi probemlər yaşadı...".

Ləman

MİA.AZ