Azərbaycan Xarici İşlər Nazirliyi Belqradda məktəblərdən birində baş vermiş atışma nəticəsində 9 nəfərin ölümü ilə bağlı Serbiyaya başsağlığı verib.
Mia.az xəbər verir ki, bu barədə paylaşımda deyilir: "Serbiyanın Belqrad şəhərində məktəbdə baş vermiş dəhşətli atışma xəbəri bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə, Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik".
Xatırladq ki, bu gün Belqradda silahlanan 7-ci sinif şagirdi məktəbdə 8-i şagird omaqla, 9 nəfəri güllələyərək öldürüb.
Lamiyə
MİA.AZ