3 dəfə Oskar mükafatı alan məşhur rejissor Oliver Stoun nüvə silahı ilə bağlı yeni sənədli film çəkib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu günlərdə Tv-lərdə yayımlanacaq "Nüvə indi" adlı sənədli filmi barədə "The Guardian"a müsahibə verib.
Müsahibəsində rejissorun ABŞ prezidenti Bayden və Rusiya prezidenti Putin haqqında açıqlamaları da xüsusiylə diqqəti çəkib.
Belə ki, Stoun ABŞ prezidenti Baydenin yaşı və yenidən seçilmək iddiası barədə danışmaq istəmədiyini desə də, ondan xoşlanmadığını etiraf edib: "Onun xarakteri və üslubu mənə xoş deyil. Mənim sevimli prezidentim Con Kennedi idi. Deməli, iki irlandiyalıya baxsanız, görərsiniz ki, Con Kennedi sülhsevər, Co Bayden isə sözün əsl mənasında soyuqqanlı döyüşçüdür...".
Müsahibədə Rusiya lideri Putinlə bağlı fikirləri də soruşulan rejissor deyib ki, bəli, onunla münasibətləri yaxşıdır: "Məncə, Rusiya nüvə enerjisi mövzusunda əla və böyük işlər görür. Çin də bu sahədə liderdir, baxmayaraq ki, Çində heç vaxt olmamışam. Amma Putin böyük liderdir. Ölkəsi və xalqı onu sevir”.
Rejissor Putinn Ukraynaya hücum əmri bardə suala cavabdan imtina edib.
Samir
MİA.AZ