Tanınmış aktrisa Birce Akalay mayın 14-də keçiriləcək seçkilərlə bağlı sosial media hesabından izləyicilərinə çağırış edib.
Mia.az xəbər verir ki, o, tviter hesabında video yayaraq izləycilərinə bu seçkinin çox mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Akrtisa bu səbəbdən seçiciləri səslərini qorumağa çağırıb: "Seçiminiz nə olursa olsun, səsimiz önəmlidir, səsimiz dəyərlidir. Bu səbəbdən ölkəmizin hər yerindən daha çox könüllülərə ehtiyacımız olduğunu vurğulamaq istədim. Dəyişməyən bir gerçək var: səsimizə sahib olmaq. Bəli, səsimizi qorumalıyıq. Cümhuriyyət tarixinin ən mühüm və kritik seçkilərində səslərimizə sahib çıxaq, xahiş edirəm".
Ləman
Mia.az