Türkiyənin məşhur müğənnisi Gülşen Çolakoğlu barəsində həbs qərarı çıxarılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən il konsertində dini təhsil verən "İmam hatip" liseylərini və onların müəllimləri haqqında söylədiyi "sapık" (şorgöz, cinsi təcavüzə meylli mənasında - mia.az) sözünə görə qısamüddətli həbs olunan və sonradan sərbəst buraxılan müğənni Gülşənin barəsində açılan cinayət işi üzrə bu gün hökm verilib.
İstanbul şəhər məhkəməsi onu "Xalq arasında kin və düşmənçiliyə sövq etmək" ittihamı ilə 10 ay həbs cəzasına məhkum edib: "Lakin hökmün icrası təxirə salınıb"
Məlumata görə, İstanbul 11-ci Ağır Cəza Məhkəməsindəki prosesdə Gülşen Çolakoğlunu vəkilləri təmsil ediblər.
Onlar bu qərarla bağlı etiraz verəcəklərini açıqlayıblar.
Xatırladaq ki, Gülşen Çolakoğlu 30 aprel 2022-ci ildə Ataşehirdə verdiyi konsertdə birini nəzərdə tutaraq yarızarafat "Daha əvvəl İmam Hatipdə oxuyub, sapıklığı oradan gəlir" deyib. Bunun üzərinə İstanbul Respublika Prokurorluğu 2022-ci il avqustun 24-nə keçən gecə müğənni Gülşen Çolakoğlu” cinayət işi açıb. Avqustun 25-də isə polis tərəfindən saxlanılan müğənni növbətçi məhkəmə tərəfindən həbs edilib.
Ləman
MİA.AZ