"Qalatasaray"la "Beşiktaş" arasındakı son derbi matçından sonra "Qalatasaray"a ünvanlı küçə söyüşləri söyən məşhur aktyor Ertan Şabanla Şahin İrmak arasında qalmaqal yaranıb.
Mia.az xəbər verir ki, sonradan söydüyü söyüşçə görə "Qalatasaray" və tərəfdarlarından üzr istəməsinə baxmayaraq, Şahin İrmak həmkarı barədə təhqir dolu status paylaşıb.
Bu gün isə o, həmkarından üzr istəyib.
Bu barədə sosial şəbəkədəki hesabında paylaşım edən aktyor yazıb ki, dünən qəzəbindən anlaqlı davrana bilməyib: "Dünən özümə yaraşdırmadığım ifadələr işlətdiyim üçün Ertan Şabandan üzr istəyirəm. Buradan üzr istəyirəm… Çünki təklikdə istənən üzrün heç bir qiyməti yoxdur".
Ləman
Mia.az