Tanınmış vokalçıl Melek Mosso aparıcı Ceyda Düvencinin "Bambaşqa Söhbətləri' verilişinin qonağı olub.
Mia.az xəbər verir ki, sənətkar uşaqlıq illərində yaşadığı ürəkdağlayan çətinliklərindən söz açıb.
O bildirib kli, atası lə anası işlədiyindən o, 7 yaşından qardaşına analıq edib: "Qardaşımı böyütdüm. Valideynlərim işləyirdi. Heç uşaq olmamışam mən. İnanın. Kaş bu qədər tez böyüməyəydim. Yeddi yaşımda böyümüşdüm artıq. Dənizliyə köçəndə mənim beş yaşım vardı. Baxıcı qadın onsuz da bizi döyürdü, otağa bağlayırdı. İndi o illər yadıma düşəndə dəhşətə gəlirəm. Ac, tualetsiz, susuz bağlı qapılar arxasında qalırdıq. Qardaşım və mən döyülürdüm. Bir dfə dayənin uşağı qardaşımın gözünə yanan çubuk soxdu. Dəhşətl mənzərələr idi...".
Müğənni deyib ki, onlara nə qonşu, nə qohumları baxıb: "10 yaşım vardı, anama döyüldüyümüzü dedim, daha sonra o, çarəsizcə qardaşım Süleymanı mənim öhdəmə buraxdı. O gündən qadın, ana oldum...".
Ləman
Mia.az