Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Türkiyəınin Manisa vilayəti Soma qəsəbəsindəki kömür mədənində baş verən və çoxsaylı insan ölümü ilə nəticələnən dəhşətli faciə ilə əlaqədar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib.

Teleqramda deyilıir:

"Hörmətli cənab baş nazir!

Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində yerləşən kömür mədənində meydana gələn və 200-dən artəq insanın ölümü ilə nəticələnən dəhşətli partlayış sizlərlə bərabər, bizi də dərindən sarsıtdı. Partlayış nəticəsində həlak olan insanların sayı faciənin böyük miqyasını əks etdirir və üzüntümüzü daha da artırır.

Baş vermiş faciənin ağrısını yaşamaqla yanaşı, həyatın davam etdiyini və Türk millətinin bundan daha böyük sınaqlarla üzləşdiyini, bu imtahanlardan başı uca çıxdığını heç vaxt unutmamalıyıq.

Hörmətli Rəcəb bəy!

Öz adımdan, sədri olduğum Vətəndaş və İnkişaf Partiyası (VİP) adından Soma qəsəbəsində baş vermiş dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbir diləyir, yaralıların tezliklə sağalmasını arzulayıram.

Allah millətimizi qorusun!

Hörmətlə,

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev