AK Partiyadan 5-ci dəfə deputatlığa namizədlik üçün müraciət edən, lakin yenə də "qapı dalında" saxlanılan məşhur müğənni İbrahim Tatlısəsın qızı Məlek Zübeyde Akkaş diqqətçəkən paylaşım edib.
Mia.az xəbər verir ki, İbrahim Tatlısəsln qızı "İntstagram"da Kamal Kılıçdaroğlu, Əkrəm İmamoğlu və Mənsur Yavaşın şəklini paylaşaraq yazıb: "Gəlirlər".
Tatlısısin qızının Ərdoğana və onun lideri olduğu Cumur İttifaqına deyil, Millət İttifaqına dəstəyi isə qısa müddətdə Türkyə mətbuatının gündəminə çıxarılıb.
Bəzi nəşrlər bunu "Tatlısəsin qisası" kimi dəyərləndirib.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğana sevgisini hər fürsətdə dilə gətirən İbrahim Tatlısəs mayın 14-də keçiriləcək parlament seçkilərində Şanlıurfadan deputatlığa namizəd olmaq istəyib. Ancaq bunun üçün müraciət etdiyi AKP onu siyahısına daxil etməyib. Bundan sonra açıqlama verən Tatlısəs "Mənim kreslom Ərdoğanın yanında həmişə var" deyib.
Ləman
MİA.AZ