Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq xidməti müssisələrdə
yoxlama aparıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata
görə, cari ilin aprel ayında Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti
(DƏMX) ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti
zamanı 562 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlanılmasını
təmin edib.
Eyni zamanda, işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 28 kollektiv müqavilə bağlanılıb. Qeyd olunan müddətdə ümumilikdə 10 946 manat gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi də təmin olunub. Bu məbləğin 9129 manatını əmək haqları, 612 manatını zərərə görə ödənclər, 1205 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.