Adı son illər borc qalmaqallarında tez-tez hallanan Hollivud ulduzu Nikolas Keys ölkəsindəki məşhur “60 dəqiqə” adlı verilişdə maraql açıqlamlar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 59 yaşlı aktyor borc bataqlığına necə düşdüyü barədə sualları da vcavablandırb.
Son filmi “Renfild”də rol alan Nikolas Keyc deyib ki, borcdan ancaq dayanmadan işləməyi ilə xilas olub: "Borca düşməyimin əsas səbəbi "ölü kapital"lar, yəni çoxsaylı gəlir gətirməyən daşınmaz əmlaklar almağım səbəb oldu. İngiltərə və Almaniyada bu cür gəlir verməyən qəsrlər, malikanə və ada belə aldım. Məhz belə əmlaklara yatırım qoymağım və sonradan nlaırn saxlanmasına çəkilən xərclər və sonradan danışnmaz əmlak bazarının qəfil çökməsi məni borc bataqlığına sürüklədi. Yəni, borca düşməyimin səbəbi bir porsuna 80 dollar ödədiyim ahtapot yeməyi deyildi. Artıq borcum yoxdur, hamısını ödədim".
Aktyor deyib ki, borcdan xilas olmaq üçün Las-Veqasa köçüb və dayanmadan filmlərdə rol almağa başlayıb: "İldə üç-dörd filmə çəkilir, yavaş-yavaş borcdan bu yolla qurtulurdum. Düzünü deyim ki, dəvət olunduğum filmlərdə ancaq maaşı, pulu düşünürdüm. Prestij vecimə deyildi, hətta ən bərbad, zibil rola belə çəkildim ki, borcdan xilas olum. Və hər zaman inandığım prinsip məni bataqlıqdan çıxardı: işləmək, çalışmaq. Bəli, iş mənim xilaskar mələyimdir".
Ləman
MİA.AZ