Məşhur türk müğənnisi İbrahim Tatlısəsin evi yanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən axşam İzmirin Narlıdere rayonunda, Yenikale Məhəlləsində 4 bloklu, 8 mərtəbəli  "Folkart" Kompleksinin binasında yanğın baş verib. Zaman zaman partlayış səslərinin gəldiyi yanğın İzmirin bütün nöqtələrindən görünüb.

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs həmin kompleksdə mənzilinin olduğuna işarə vuraraq qonşularına "keçmiş" olsun" mesajı verib.

O, bu barədə Tviter-də yazıb ki, ii gün əvvəl zmirə gəlmək istəyib, lakin təyyarəyə bilet olmadığından səfəri alınmayıb: "Folkartda yaşayan bütün qonşularıma keçmiş olsun. İnşallah, can itkisi olmaz, gələn mala gəlsin".

Zülfiyyə

mia.az