Beynəlxalq Türk Akademiyası Astanada keçirilən “Avrasiya Kitab Sərgisi - 2023” Beynəlxalq Kitab Sərgisində iştirak edib.

Mia.az xəbər verir ki, tədbir Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə “Foliant” nəşriyyatı tərəfindən təşkil olunub.

Avrasiyanın altıncı ən böyük kitab sərgisi olan “Avrasiya Kitab Sərgisi - 2023”də 70-dən çox ölkə və təşkilat iştirak edib.

Sərgidə kitab bazarının yeni nəşrləri və dünya ədəbiyyatının ən nümunəvi əsərləri təqdim olunub.

Sərgidə Beynəlxalq Türk Akademiyasının elmi və təhsil sahəsində çap olunmuş əsərləri ictimaiyyətə təqdim edilib.

Sərginin son günündə VI Avrasiya Beynəlxalq Kitab Sərgi-Yarmarkasının icra direktorluğu tərəfindən “İlin ən yaxşı kitabı” müsabiqəsi elan edilib, sərgi iştirakçıları tərəfindən 2023-cü ildə nəşr olunan yeni kitablar qiymətləndirilib və qaliblər müəyyən edilib. 

“İlin ən yaxşı kitabı” müsabiqəsində Beynəlxalq Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə nəşr etdiyi “Sağğımbayın Manasları” əsəri “Mədəniyyət və İncəsənət” kateqoriyasında 3-cü yerə layiq görülüb. 

Ləman

Mia.az