Bu gün "Təmiz Şəhər”
ASC və "ADA” Universiteti "İkinci həyat” ekoloji və sosial layihəyə start
verib.
Mia.az-a "Təmiz Şəhər” ASC-inin mətbaut xidmətindən verilən məlumata görə, həm tullantıların azaldılması, həm də xeyriyyəçilik cəhətdən vacib olan bu layihənin məqsədi ətraf mühitin mühafizəsi sahəsinə hər zaman diqqət yetirən və "yaşıl siyasəti” ilə fərqlənən tədris müəssisəsində təhsil alan tələbələrdə sosial məsuliyyət aşılamaqdır. Belə ki, layihə tələbələr tərəfindən istifadə edilməyən geyim və əşyaların toplanmasını və ehtiyacı olan gənclərə ötürülməsini, bununla da bu əşyalara ikinci həyatın bəxş edilməsini nəzərdə tutur.
Layihə çərçivəsində universitet ərazisi
və tədris binalarında yığım məntəqələri quraşdırılmışdır. 31 may tarixinə qədər
davam edəcək layihə çərçivəsində toplanan bütün geyim və əşyalar Gənclərin Güvənc
Körpüsü Şəbəkəsi vasitəsilə ehtiyacı olan gənclərə hədiyyə ediləcəkdir.