Dünya şöhrətli pianoçu Fazil Say Cümhuriyyətin 100 illiyinə xüsusi marş bəstələyib..
Mia.az xəbər verir ki, sözləri şair Aytən Mutluya aid olan və İzmir Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə lentə alınan yeni marşla bağlı Fazil Say Tviterdə açıqlama verib: "Dostlarım, 23 aprel kimi özəl və mənalı bir gündə 100 illik yubiley marşımızı paylaşmaq mənim üçün çox xoşdur. Sizə xoş dinləmələr arzulayıram, bu musiqi sizə gözəl enerjilər gətirsin. Bir gün birlikdə oxumaq ümidi ilə. Hörmətlə və sevgi ilə".
Fazıl Sayın 100 illiyi marşını dinləyən sənaye və texnologiya naziri Mustafa Varank sosial media hesabından paylaşdığı mesajda isə belə yazıb: "Məncə, alınmayıb...".
Mia.az yeni marşı və SHOW TV-nin marşla bağlı süjetini təqdim edir:
Ləman
MİA.AZ