Mayın 6-da 30 sutkalığa həbs olunmuş AXCP üzvü Kəmalə Bənənyarlının vəziyyəti ağır olaraq qalır.

Bu barədə "Turan”-a onun vəkili Əsabəli Mustafayev məlumat verib.

Onun sözlərinə görə, o, Nəsimi Rayon Polis İdarəsində işğəncələrə məruz qalıb və indiyədək başgicəllənmə, ürəkbulanma halları var, başı şişib.

Binəqədi təcridxanasının həkimləri formal olaraq onu müayinə edirlər, lakin real vəziyyətini qeydə almırlar.