Zorlamada ittiham olunan hərbçi Musa Orxan sosial şəbəkədə barəsində status yazan aktrisa Hazal Kayadan şikayət etməsi və buna görə prokurorluğun aktrisaya 2.4 il həbs tələb etməsi Türkiyə gündəmində etiraz doğurub.
Mia.az xəbər verir ki, prokurorun bu tələbinə İYİ partiya sədri Meral Akşener çox sərt reaksiya verib.
O, sosial şəbəkə hesabında yazıb: "Əgər bir qadına zülm edilərsə, hamımız onun yanında qaya kimi dayanacağıq! Qadınları yaşadamadığınız yetmir kimi, bir də susdurmayamı çalışırsınız?"
Xatırladaq ki, aktrisa 3 il əvvəl 18 yaşlı İpek Erə cinsi təcavüz etdiyi iddia edilən 27 yaşlı hərbçi Musa Orhan haqqında sosial şəbəkədə yazdığı sərt mesaja görə ittiham olunur.
Ankara məhkəməsinə təqdm olunan ittihamnamədə aktrisaya 2.4 il həbs cəzası tələbi var.
Xatırladaq ki, Batmanın Beşiri rayonunda tapança ilə özünü vuran və 18 avqust 2020-ci ildə xəstəxanada vəfat edən İpək Ər məktubda Siirtdə xidmətdə olan Musa Orhanın ona cinsi təcavüz etdiyini yazıb.
Siirt 1-ci Ağır Cəza Məhkəməsində Orhana qarşı 'keyfi cinsi təcavüz' ittihamı ilə 12 ildən az olmamaq şərti ilə həbs cəzası tələbi ilə iddia açılıb.
Lakin o, iddiaları rədd edib.
Onu da qeyd edək ki, aktrisa Hazal Kayadan əvvəl hərbçinin vəkilləri oxşar ittihamla aktrisalar Ezgi Mola və Farah Zeynep Abdullaha pul cəriməsi kəsdiriblər.
Ləman
MİA.AZ