Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nesrin Cavadzadə qonşularla dalaşıb.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
İddia olunub ki, azərbaycanlı aktrisa yaşadığı bina evində 15-dən çox pişik saxladığı üçün qonşuları ilə davaya düşüb.
Məsələ ilə bağı "İnstagram"dakı səhifəsində paylaşım edən aktrisa bildirib ki, evində pişik saxlamır: "Haqqımda yayılan xəbərlər tamamilə əsassızdır. Mənzildə saxladığım pişiklərin sayı sıfıra bərabərdir. Biz bağçada bəzi qonşularımla birgə a heyvanlara diqqət edirik. ÖPtənlərdə bir pişiyə qarşı amansız davranılıb, onu öldürüblər. Biz o pişiyi axtarıb tapdıq, ancaq heç kimlə dava etməmişik...".
Ləman
MİA.AZ