Azərbaycanda da çox sevilən "Receb İvedik" ləqəbli Şahan Gökbakar hələ də zəlzələ vaxtı minlərlə insan çöldə soyuqdan donarkən 46 milyonluq çadır satan "Qızıl Aypara" sədri Kerem Kınıkla "ulduzu barışmır"
Mia.az xəbər verir ki, aktyor o vaxtdan indiyədək davamlı olaraq "Qızıl Aypara" sədrini istefaya çağırır.
O, bu dəfə prezident Ərdoğanın sözçüsü İbrahim Kalının Kerem Kınıkı müdafiə etməsini qəbuledilməz sayıb.
Haberturk TV-də qonaq olan İbrahim Kalının ""Qızıl Aypara" sədri Kerem Kınıkın bu vəzifədə oturması sizi narahat etmirmi", - sualına "Bəli, belə bir dövrdə çadır satıla bilməz. Bu, səhv idi. "Kızılay" hamımızın bir qurumudur, bizdən əvvəl də var idi, bizdən sonra da davam edəcək. Buna belə baxmalıyıq. Birəyə (bit) əsəbiləşərək yorğanı yandırmayaq" cavabı məşhur komediya ustasını qəzəbləndirib.
"Receb ivedik Kalının foto və sözərini də paylaşımında əlavə edərək, yazıb: "Bu çadırı satan Qızıl Aypara sədri Kərəm hər kəsi narahat edir. Bunu Ak Partiya rəhbərləri açıq deyirlər. Həmişə eyni cümlədir: Birəyə görə yorğan yandırmayaq. Burada sual: madam ki, yorğan birəlidir, nədən yorğanı birədən təmizləmirsən? Yorğan niyə hələ də birəlidir?".
Ləman
MİA.AZ