Ötən axşam "SHOW TV"də "Kızılcık Şerbeti" serialının özəti yayımdaykən Türkiyə Radio və Televiziya Üstü Şurasının (RTÜK) qərarı ilə bölümün efirdən qəfil qaldırılması böyük etirazlara yol açıb.

Mia.az xəbər verir ki, bir çox məşhur sənətçilər, o cümlədən Mustafa Sandal, Nurgül Yeşilçay, Demet Özdemir, Pınar Deniz və sair məşhurlar RTüK bu qərarına qarşı "Kızılcıkşerbetinedokunma" etiketiylı etiraz kampaniyasına başlayıblar.

Xatırladaq ki,  RÜTK-in bu qərarı "sənətə qanunsuz müdaxilə" kimi dəyərləndirilib.

Məlumat üçün qeyd edək ki, RTÜK bundan əvvəl "toy gecəsi" və sair epizodlara görə serialı bir neçə dəfə cərimələyib. Son qərarda isə seriala cəza olaraq  5 bölümünün yayımına qadağa qoyulub.

Lakin serialın rejissor heyəti qərarla razılaşmayaraq məhkəməyə üz tutmuşdu..

Onu da qeyd edək ki, əgər məhkəmə şikayəti təmin etməsə, o zaman Doğukan Güngör, Sıla Türkoğlu, Evrim Alasya, Barış Kılıç, Ceren Karakoç, Sibel Taşçıoğlu ve Settar Tanrıöğenin baş rolda oynadıqları "Kızılcık Şerbeti" mayın 5-dək efirdə yayımlannmayacaq.

RTÜK-ün dünən axşamkı qərarına etiraz edən sənətçilərin tvitlərini təqdim edirik:

Ləman

MİA.AZ