Dünyann “Ən nüfuzlu 100 insan” siyahısına daxil olan türkiyəli müğənni Haluk Levent mükafatından imtina edib.

Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Türkiyədə fevralın 6-da baş verən zəlzələdən sonra "Dostluq" dərnəyi vasitəsilə bölgəyə çox böyük yardım göstərən müğənni ABŞ-ın "Times" jurnalının tşilatçılığı ilə keçirilən sorğu əsasında hazırlanan siyahıda adını yer almasını qürurverici sayıb. 

Ancaq o, İngiltərə kralı, ABŞ prezidenti, Messi və digər nüfuzlu qaliblərin adlarının olduğu mükafatlandırma mərasiminə qatılmayacağını açıqlayıb.

Müğənni mükafatdan imtian etməsini ölkəsinə onun üzərindən yönələn tənqidlərlə əlaqələndirib.

Mia.az onun bu barədə Tviter-dəki paylaşımlarını təqdim edir:

Ləman

MİA.AZ