Hamımızın "Şaban" kimi tanıdığımız mərhum Kamal Sunalın oğlu Ali Sunal yeni film çəkilişlərinə başlayıb.

Mia.az Türkiiyə mətbuatına istinadla xəbər verir ki, Ali Sunal və Doğa Rutkayın baş rollarını paylaşdığı “Hava müxalifəti” komediya filmi aprelin 14-də ekranlara gələcək. 

Yeni filmdə bir neçə obraza həyat verən Ali Sunalın "cilddən-cildə" girməsinə anası belə heyrətlənib.

"Güldür Güldür" proqramı ilə məşhurlaşan Ali Sunal filmdəki bir rolu üçün parik və bığ taxıb, başqa bir rolda isə o, ağ pariklə yaşlı bir şəxs rolunu oynayır.

Oğlunun dəyişik fotosunu "İnstaqram" hesabında paylaşan Gül Sunal  "Bunu mən dünyaya gətirə bilmərəm. "Hava Müxalifəti" filmində Cəmil Yıldırımın atası", - deyə yazıb.

Ləman

MİA.AZ