Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi mayın
9-da, respublikanın əməkdar artisti
Xanım Qafarovanı ziyarət ediblər. Ziyarətin məqsədi, aktrisanı doğum günü
münasibətilə təbrik etmək olub.
Mia.az-a
Teatrdan daxil olan xəbərə görə, teatrın rəhbərliyi, aparıcı aktyorları, eləcə
də gənclərin bu əlamətdar tarixdə Xanım Qafarovanı xatırlaması, uzun zamandır
ağır xəstəliklə mübarizə aparan aktrisaya ruh yüksəkliyi, mənəvi kömək
olub.
"Teatr
kollektivi sağ olsun, məni heç vaxt unutmayıb, hər çətin anımda yanımda
olublar. Ad günü təbriki də mənə xoş bir sürpriz oldu. Özəlliklə gənclərin
ziyarətini mən, sənətə, sənətkara verilən dəyər kimi qiymətləndirirəm” - deyə
bildirən aktrisa, həmkarları ilə növbəti görüşün səhnədə olması arzusunu dilə gətirib.