Aprelin 8-də Lənkəranda Azərbaycanın görkəmli mədəniyyət xadimi Şövkət Səfərovanın anadan olmasının 90 illiyinə həsr olunmuş sənədli filmin təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Şövkət Səfərovanın ailə üzvləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Şəhidlərimizin bir dəqiqəlik sükutu ilə başlanan tədbiri Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov açıq elan edib və səbəbkar haqqında fikirlərini bölüşüb. Ş.Səfərovanın gördüyü işlər və şərəfli həyat yolu haqqında filologiya elmləri doktoru, professor Yədulla Ağazadə də geniş çıxış edib.
Daha sonra çıxış üçün söz rejissor Anar Kəkəyev və ssenarist Tural Kərimova verilib.
Onlar da ərsəyə gətirdikləri film barədə qısa məlumat verdikdən sonra “Mədəniyyət fədaisi” adlı sənədli film nümayiş olunub və tamaşaçılar onu böyük maraqla qarşılayıb.
Ləman
MİA.AZ