Türkyədə mayın 14-də keçiriləcək parlament seçkilərində hakim AK Partiyanın 5-ci dəfə siyahısında yer vermədiyi məşhur müğənni İbrahim Tatlısəs iki günlük susqunluğunu pozub.

Mia.az xəbər verir ki, məşhur müğənni ona Şanlıurfadan 5-ci dəfə deputat seçilmək şans tanımayan AKP-nin qərarına sosial şəbəkədəki səhifəsində münasibət bildirib.

İbrahim Tatlısəs yazıb: "Mənim məsələm Türkiyə! Mənim məsələm Urfa! Mənim məsələm Ərdoğan...".

Xatırladaq ki, bundan əvvəlki 4  seçki dönəmində də AK Partiyadan millət vəkili namizədliyi üçün müraciət edən, lakin hər dəfə də son anda "ələk"dən keçməyən İbrahim Tatlısəs 5-ci dəfə deputatlığa namizədlik üçün müraciət edərkən "mən Şanlıurfaya xidmətt edəcəyəm, buraya yeni nəfəs gətirəcəyəm. Söz verirəm, Şanlıurfanın problemlərini cəsarətlə dilə gətirəcəyəm", - deyə açıqlama vermişdi.

Ləman

MİA.AZ