“Siyasi partiyalar haqqında” qanunun qəbulundan sonra son aylar ölkədə 10-dan çox partiyanın fəaliyyətinin dayandırması barədə xəbərlər yayılıb.
Mia.az xəbər verir ki, ötən gün mərhum Nizami Süleymanovun qurucusu olduğu Müstəqil Azərbaycan Partiyası "özünü buraxıb".
Gununsesi.info-nun məlumatına görə, bu gün də Azərbaycan Respublikaçılar Partiyası da fəaliyyətini dayandırdığını bəyan edib.
Xatırladaq ki, 1999-cu ildə qeydiyyata alınan partiyaya Sübut Əsədov adlı şəxs sədrlik edirdi.
Qeyd edək ki, Sübut Əsədov Baş nazir Əli Əsədovun əmisi oğludur.
Samir
Mia.az