Hazırda TRT1-də yayımlanan "Barbaroslar Akdenizin Kılıcı" serialının "Dərviş"i Bahadır Yenişehirlioğlu deputatlığa namizəd olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezident Ərdoğanın sədri olduğu AKP onun namizədliyini Manisa şəhərindən irəli sürüb.
Xatırladaq ki, Bahadır Yenişehirlioğlu 26 may 1962-ci ildə Manisada anadan olub. O, aktyor olmaqla bərabər, həm də yazıçı və vəkildir.
Bahadır Yenişehirlioğlu bundan əvvəl "TRT 1"də 4 yayınlanan "Payitaht Abdülhamid" serialında "Tahsin Paşa" xarakterini canlandırıb.
Ləman
MİA.AZ