Qarabağ Azadlıq Təşkilatı artıq 20 ili tamam olan atəşkəs rejimini bütün Azərbaycan xalqı üçün çox böyük təhqir hesab edir.
Mia.az xəbər verir ki, bu sözlər təşkilatın bu gün yaydığı bəyanatda yer alıb. Bəyanatda daha sonra deyilir:
"Bu 20 il rəzalət və şərəfsizlik
tarixidir. Heç bir hakimiyyət, heç bir cəmiyyət bu rəzalətə, təhqirə dözməli
deyil. Bu qədər vaxt ərzində rəzalətin davam etməsinin, torpaqlarımızın işğal
altında qalmasının məsuliyyəti hakimiyyətin, hər bir siyasi partiya və ictimai
təşkilatın, hər bir vətəndaşın üzərinə düşür. Heç kəs yaxasını kənara çəkməsin,
məsuliyyətdən qaçmasın.
Biz 20 ildir ki, beynəlxalq təşkilatların
yalanlarına inanır, onların bizi aldatmasına razılaşır, özümüz özümüzü
aldadırıq. Bu 20 il qəti şəkildə göstərdi ki, Dağlıq Qarabağ məsələsinin ədalətli
həllinin, torpaqlarımızın işğaldan azad olunmasının ancaq bir yolu var, o da hərbi
yoldur. Qarabağın azadlığı Rusiyadan, Amerikadan, hər hansı beynəlxalq təşkilatdan
deyil, on minlərlə azərbaycanlı şəhidin töküləcək qanından asılıdır. Torpağı
işğal altında, namusu, şərəfi düşmən tapdağında olan millət və dövlət töküləcək
qanlardan, veriləcək itkilərdən çəkinməməlidir. Biz ayağa qalxmalı, heç bir
itkiyə baxmadan müqəddəs savaşa başlamalıyıq. Bunu bizdən dinimiz də,
vicdanımız da, vətəndaş borcumuz da tələb edir.
Biz beynəlxalq
vasitəçilərin bütün təklif və təşəbbüslərini rədd edir və Azərbaycan hakmiyyətindən
torpaqlarımızın azad edilməsi üçün dərhal müharibəyə başlamağı tələb edirik! Azərbaycan
hakimiyyəti ya müharibəni başlamalı, ya da qorxaqlığını və bacarıqsızlığını
etiraf edib hakimiyyətdən getməlidir! Bütün Azərbaycan cəmiyyəti, hər bir vətəndaş
düşmənə qarşı müqəddəs savaşa hazır olmalı, özü özünü döyüşə səfərbər etməli,
özünü müqəddəs savaşın əsgəri elan etməli, ölməyə və öldürməyə hazır olmalıdır!
Bizim başqa yolumuz yoxdur!".