Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk edib.
Mia.az xəbər verir ki, diplomatlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.
Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları - Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb.
Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı "persona- non-qrata" elan olunub. Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.
***
İran səfirliyinin “persona-non-grata” elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb.
Mia.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, həmin diplomatlar aşağıdakılardır:
Mirmahdi Mirsalampur Şərif
Qurbanəli Purmərcan Varcovi
Hadı Moğadam
Əsgər Bahari Xoş Mənzər.
Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı "persona- non-qrata" elan olunub. Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.
Samir
Mia.az