Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələdən sonra qurucusu olduğu dərnəyin xətti ilə xeyli yardım toplayan məşhur müğənni Haluk Leventin mayın 14-də keçiriləcək seçkilərdə deputatlığa namizəd olacağı xəbəri yayılıb.
Mia.az xəbər verir ki, müğənni bu barədə yayılan iddiaları təkizib edib.
Haluk Levent 8.7 milyon nəfər izləyicisi olan Tviter-dəki paylaşımında bir partiyadan deputatlığa namizədlik təklifi aldığı etiraf edib: "Bu gün də başqa bir siyasi partiya könüllələri siyasətə girəcəyimi yazıblar. Təbii ki, belə bir şey yoxdur. İllərlə yazıdm. Olmadı, olmayacaq. Zatən, hansı siyasi partiyaya üzv olsam, səs itirər...".
Haluk Leventin paylaşımını aşağıda olduğu kimi təqdim edirik:
Ləman
MİA.AZ