"1988-ci ildə “Ər igidlər” mahnısını oxudum. AzTV rəhbəri çağırdı ki, 2 ildir işə düzəlmisən, universitetdə oxuyursan, bu, nə mahnılardır? Sənə töhmət yazırıq, amma işdən çıxartmırıq".

Mia.az xəbər verir ki, bunu Xalq artisti Brilliant Dadaşova “Zaurla Günaydın” verilişində deyib. 

O bildirib ki, töhmət ala-ala indiki səviyyəsinə çatıb: "Həmişə mübariz mahnılar oxumuşam, amma gəldilər məni işdən çıxartdılar. "İkiyə bölünən Azərbaycan”, “Xudafərin körpüsü” kimi mahnılar səsləndirmişdim. O vaxt heç kim belə mahnı oxumurdu. Onda mən də öz cəbhəmdə vuruşurdum. Amma gəldi öz cəbhəmiz məni işdən çıxardı".

Xalq artisitinin sözlərinə görə,  Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra hər şey dəyişib: "Televiziyada Babək adlı sədr mənə zəng vurdu. Dedi ki, Ulu öndər tapşırıq verib, hansı ziyalı işdən çıxarılıbsa, yenidən işə götürün. Elə sevindim ki…".

Dadaşova deyib ki, o vaxt  100 manat maaş da onun üçün böyük idi: "İndi sağ olsunlar, maaşı da bağlayıblar, AzTV-də maaş da yoxdur”.

Ləman

MİA.AZ