Məşhur türk aktyoru İlyas Salman deputatlığa namizəd olub.

Mia.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki video paylaşıb.

İlyas Salman Türkiyə Kommunist Partiyasının siyahıs ilə İstanbuldan deputatlığına namizədliyinin irəli sürüldüyünü açıqlayıb: 

"...Dünyada ən çirkin şey gizlənən fikirdir. Hətta pul gizlədildikdə iy verir, amma gizlədilən fikir qədər pis deyil. Qəbirə aparılan düşüncənin heç kimə faydası yoxdur. Bu seçkilərdə Türkiyə Kommunist Partiyasından deputatlığa namizədliyimi irəli sürdüm. Mən sizə yalnız bir şey vəd edə bilərəm: mən sarayın yox, camaatın yanında olacağam...".

Ləman

MİA.AZ