Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Latviya ilə Azərbaycan arasında artıq mövcud olan ikitərəfli mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün mədəniyyət və incəsənət sahəsində həyata keçirilən layihələrə hər zaman böyük önəm verir və dəstəkləyir.

Mia.az xəbər verir ki, 30 mart 2023-cü il tarixində REZA kimi tanınan, dünya şöhrətli fotoqraf və jurnalist Reza Deqatinin iştirakı ilə“Yerlə Göy arasında” Latviya-Azərbaycan birgə İncəsənət Sərgisinə VİP tur təşkil olunub.

REZA kimi tanınan, dünya şöhrətli, müstəqil fotojornalist, memar və filantropsit mükafatına layiq görülən Reza Deqati iri miqyaslı müasir hadisələri, müharibələri, münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri əsas beynəlxalq medialarda, National Geographic, Time jurnalı, Stern, Newsweek, Paris Match…-da yer alıb. Qırx kitabın müəllifidir, 360 sərginin müəllifidir, əsərləri dünya televiziyaları, eləcə də National Geographic Channel tərəfindən sənədli filmlərdə nümayiş etdirilib. Ruminin davamçıları ilə bağlı işi National Geographic jurnalının üz qabığında yer alıb. O, Fransanın “Milli xidmətlərə görə” Kavaler və Azərbaycanın “Dostluq” ordenlərinə layiq görülüb.

Reza hesab edir ki, sufizmin əsas ideyaları humanizmdir, sufizmə görə biz hamımız eyniyik və insanlar və inaclar arasında heç bir fərq yoxdur.

XIII əsrin dahi sufi şairi Cəlal-əl-Din Ruminin  poeziyasına həsr olunmuş Sərgi 09 mart 2023-cü ildə Heydər Əliyev Mərkəzində Latviya Respublikasının Prezidenti zati-aliləri cənab Egils Levitsin Azərbaycana rəsmi səfəri çərçivəsində açılmış və 3 aprel 2023-cü il tarixinə kimi davam edəcək.

Ruminin “Başqa gözlə görmək üçün hər iki gözünü bağla” ifadəsindəki məna fəlsəfəsinin ən böyük humanist münasibət nümunəsi kimi bu gün də aktualdır.

Sərginin rəssamları İeva Kruumina (Latviya) və Reza Deghatidir (Azərbaycan-Fransa). 

Sərgidə eyni zamanda İmanta Ziedona Fondu “Viegli” (Latvviya) tərəfindən təqdim edilən Latviya Milli Mədəniyyət Mərkəzinin filmi və YARAT Müasir İncəsənət Məktəbinin (Azərbaycan) tələbələri Alina Yusupova-Sabbah və Ağamalı Əliyevin ifasında “ Hər şey və Heç nə” adlı video artdan ibarət multimedia işi nümayiş etdirilnişdir. 

Tanınmış rəssam İeva Kruumina Latviya Rəssamlıq Akademiyasının Tekstil Şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür . İeva Kruumina eyni zamanda “ Ornamental oxşarlıqlar: Xəzərdən Baltikə” adlı təqdimatın da müəllifidir.

Latviyalı məşhur şair və yazıçı Imants Ziedonisin “ Sevgisiz yaşama, sevgisiz hər şey əhəmiyyətsizdir” sözlərinə əsaslanaraq, İeva Kruumina xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır və biz hər bir sənət əsərinə baxanda  özümüzü o sənət əsərində görürük.  Onun sənət əsərləri qırılmış dünyanın sevgi sapları ilə təmir etmək düşüncələrinə yol açır.

Sərginin koordinatoru Respublikanın Əməkdar İncəsənət rəssamı Sabina Şıxlinskayadır.

Ləman

Mia.az