Məşhur müğənni Mustafa Sandal müxalif liderlərini başını kəsməklə hədələyən batmanlı dinarla bağlı paylaşım edib.
Mia.az xəbər verir ki, o, tviter-dəki səhifəsində Batman Prokurorluğuna sual ünvanlayıb: "Bu şəxslə bağlı son durum nədir? Xalqı kin və nifrətə təşviqdən həbs edilib sorğuya çəkilirmi? Yoxsa, bir üzr diləyib, məsələ qapandımı?"
Xatırladaq ki, özünü hizbullahçı adlandıraraq müxalif liderləri və onların tərəfdarlaırnı kafir sayan İsmail Cevher K adlı şəxs dünən saxlanılb. Dindar saxlanılmadan əvəvl video yayaraq üzr istəyib.
O, Batmanda keçirilən sorğuda Kamal Kılıçdaroğlunu Meral Akşeneri və Millət İttifaqı liderlərinə qarşı cihad anonsu verib: "Sizin başınızı kəsəcəyik".
Zülfiyyə
MİA.AZ