ABŞ-ın Kaliforniya ştatının Assambleyası tərəfindən Dağlıq Qarabağdakı qondarma rejimin tanınması Azərbaycanda sərt təpkiylə qarşılanıb.
Mia.az xəbər verir ki, bununla bağlı Qarabağ Azadlıq Təşkilatı da bəyanat yayıb. Bəyanatı təqdim edirik:
"Biz ABŞ-ın Kaliforniya ştatının Assambleyası tərəfindən
Dağlıq Qarabağdakı qondarma rejimin tanınmasını qətiyyətlə pisləyirik. Hesab
edirik ki, bu qərar Assambleya üzvlərinin bəzilərinin yalan informasiya ilə
aldadılması, digərlərinin isə pulla, bahalı hədiyyələrlə, "erməni gözəlçələri”
ilə ələ alınması nəticəsində ortaya gəlib. Ermənilər həmişə bu cür siyasətə əl
atıblar, Rusiyanın rəhbərləri I Pyotru, II Yekaterinanı, I Nikolayı, Mixail
Qorbaçovu da, Vladimir Jirinovski, Adam Siff, Mayk Hatto, Baronessa Koks kimi
siyasətçiləri də bu yolla ələ alıblar. Bu adamlardan bəziləri satın
alındıqlarını etiraf ediblər. Məsələn, Vladimir Jirinovski bir neçə dəfə etiraf
edib ki, ermənilər onu pulla, bahalı hədiyyələrlə, "erməni gözəlçələri” ilə təmin edir, hətta səhərlər
xaşı da bişirib onun evinə gətirirlər. Biz ermənilərin ayrı-ayrı dövlət
başçılarının, siyasətçilərin, məmurların, KİV nümayəndələrinin ələ alınması
üçün pul, bahalı hədiyyə, "erməni gözəlçələri”
və qonaqlıqlardan, o cümlədən xaş qonaqlıqlarından istifadə etməsini şərti
olaraq "xaş diplomatiyası” adlandırırıq. Təəssüf ki, dünyada olduğu kimi, Azərbaycanda
da bəzi siyasətçilər, ictimai xadimlər, KİV nümayəndələri ermənilərin "xaş
diplomatiyası”nın qurbanlarına çevrilir, ermənilərlə dialoqun vacibliyindən
danışır, erməni siyasətinə xidmət göstərirlər.
Biz ABŞ siyasətçilərini, dövlət nmayəndələrini ermənilərin,
"xaş diplomatiyası”na uymamağa çağırır, ABŞ hökumətindən erməni təxribatlarının
qarşısının alınmasını tələb edirik".