"Yeşilçam"ın canlı əfsanələrindən olan Bahar Öztan yenidən xərçəng xəstəliyinə tutulub.
Mia.az xəbər verir ki, bu barədə o, "İnstagram"dakı hesabında paylaşım edib.
Aktrisa yazıb ki, daha əvvəl 4 dəfə məğlub etdiyi kolon xərçəngi ilə mübarizəsi yenidən başlayıb: "Qan təhlilindən sonra xərçəngin yenidən qayıtdığı məlum oldu. İnşallah, yenidən sağalacağam. Artıq 10 gündür xəstəxanada yatıram. Kimyaterapiya alacağam. Əhvalım yaxşıdır. Sevənlərimdən yalnız dua istəyirəm".
Ləman
MİA.AZ