Haberler.com-un YouTube kanalında yayımlanan “Haber” bəhanə proqramının qonağı olan məşhur müğənni Yonca Evcimik indiyə qədər çox əxlaqsız təkliflər aldığını, lakin heç birini qəbul etmədiyini bildirib.
Mia.az xəbər verir ki, karyera nərdivanını təkbaşına və dəstəksiz qalxdığını bildirən müğənni "əgər əxlaqsız təklifləri qəbul edə bilərsənsə, daha asan yüklsələ bilərsən" deyib: "Bu vəziyyətə gəlməyim asan olmayıb. Kimsəyə zəiflik göstərmədim, kimdənsə də yardım və dəstək almadım. Heç kim deyə bilməz k, mənə nədəsə kömək edib. Bəli, mənə də çox əxlaqsız təkliflər edilib, amma dediyim kimi, heç birini qəbul etməmişəm".
Onun müsahibəsini aşağdakı videodan izləyə bilərsiniz:
Ləman
MİA.AZ