Dünya şöhrətli pianoçu Fazıl Say prezidentliyə namizəd olan Məmləkət Partiyasının sədri Məhərrəm İncənin sənətçilərə replikasına kəskin cavab verib.
Mia.az xəbər verir ki, bu barədə Tviter-dəki səhifəsində ard-arda paylaşımlar edən dahi bəstəkar Məhərrəm İncəni "topa tutub".
O, prezidentliyə 100 mindən çox imza toplayaraq namizəd statusu alan Məhərrəm İncəni "müxalifətin səsinə tamah salan biri" adlandırıb: "...Onun aldığı səs 2, yaxud 3 faiz olsa, nə olar? Özünə faydası olacaqmı? Bu qədər barışa, sülhə, maariflənməyə yaxınkən, o, belə kritik bir seçkidə bir araya gəlməyi bacaran müxalifətin səsinə tamah qoyan biridir. Bu, xalqa bir pislikdir (namizəd olmasını nəzərdə tutur-Mia.az) . Cahilliyə, mədəniyyətsizliyə, adi şoumenə, ikinci RTE-yə səs vermə lüksü yoxdur bu xalqın...".
Bəstəkarın paylaşımlarını olduğu kimi təqdim edirik:
Samir Musayev
MİA.AZ