Beynəlxalq insan hüquqlarının müdafiəsi üzrə "Amnesty International" təşkilatı 2014-cü ilin may ayı üçün hesabat yayıb.
Bu beynəlxalq təşkilat hazırda azadlıqdan məhrum edilən aşağıdakı şəxsləri vicdan məhbusu kimi tanıyır:
1. İlqar Məmmədov
2. Tofiq Yaqublu
3. Yadigar Sadıqov.
"Amnesty International" təşkilatının bu hesabatı əvvəlki hesabatla hazırda Şüvəlan təcridxanasında saxlanılan, 6 il azadlıqdan məhrum olunan Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun da adının digər vicdan məhbusları olan siyahıya əlavə edilməsiylə fərqlənir.
"Amnesty International" təşkilatının son hesabatında deyilir: "Yuxarıda göstərilən bütün şəxslər özlərinin ifadə azadlığını qeyri-zorakı yollarla ifadə etmək cəhdləri ilə əlaqədar cinayət təqibinə məruz qalmış və həbs edilmişdir. Onlar dərhal və qeyd-şərtsiz azad edilməlidirlər və onlara qarşı bütün ittihamlar saxtadır və siyasi motivlidir".
Hesabatın ingilis dilində olan mətnini təqdim edirik: